(+994 70) 312-95-49

(+994 70) 547-87-55

(+994 50) 669-57-87

Facebook Twitter Twitter

Xəbərlər

10 maddədə velosiped sürməyin faydaları

 

Uşaqlığımızdan etibarən velosiped həyatımızın bir parçası olmuşdur. Böyüdükcə uzaqlaşdığınız velosipedinizə dönmək üçün on möcüzə səbəb sizlərlə ...

1.Formada qalacaqsınız.

Nizamlı edilən bütün fiziki fəaliyyətlər kimi velosipedə minmək də əzələlərinizi nizamlı işlədir, nəfəs alımımızı təşkil edir və bədənimizə elastiklik qazandır. Eynı zamanda, həddindən artıq kilo alışı, xolesterol, şəkər xəstəliyi və yüksək təzyiq kimi narahatlıqların önünə keçir. Bu əyləncəli idmana gündə sadəcə 1 saatınızı ayıraraq təxminən 300 kalori itirməmiz mümkündür!

2.Daha çox oksigen alacaqsınız.

Maşın yerinə velosipedlə getdiyimiz hər kilometrdə karbonmonoksid, karbondioksid, azot və benzin kimi qazlara daha az məruz qalırıq. Bu da daha sağlam və təbii bir nəqliyyat mənasını verir. Təbii əhəmiyyətli bir xatırlatma etmək yerində; velosipedinizi ana yollarda deyil, daha az nəqliyyat vasitəsinin keçdiyi daha yaşıl yollarda sürməyə çalışın.

3.Ağrılarınız azalacaq.

Revmatizma və oynaq ağrılarından şikayət edirsinizsə tək etməniz uyğun bir mövqe tutmaq. Beləliklə kürək ağrılarınıza son verə bilərsiniz. Ayrıca əzələləriniz gücləndiyi üçün oynaq ağrılarınız da qısa bir zaman içində azalacaq.

4.Zaman qazanacaqsan.

Maşın üçün park yeri axtarış zamanını, park etmə müddətini və gedəcəyimiz yerə qədər olan getmə məsafəsini düşündüyümüzdə də velosiped daha çox vaxt qazandırır. Trafikə ilişmədən, metro, tramvay və avtobus kimi nəqliyyat vasitələri gözləmədən, gedəcəyiniz yerə çox qısa zamanda çatmanız mümkündür.


5.Stresdən uzaqlaşacaqsan.

Velosipedə minmə əsnasında edilən nizamlı və ritmik hərəkətlər insanları gündəlik həyatlarında məruz qaldıqları bütün mənfi təsirlərdən uzaqlaşdırır və rahatlaşdırır. Hərəkət halındakı bədən, 30-40 dəqiqə sonra endorfin ifraz etməyə başlayır. Bu da adamın özünü xoşbəxt hiss etməsi mənasını verir!

6.Qlobal istiləşmənin qarşısını alacaqsınız.

Motorlu nəqliyyat vasitələri istixana qazlarının yayılmasının ən fundamental səbəbini meydana gətirir. Bir adamın bir il boyunca qısa məsafəli yollarda velosiped istifadə etməsi, 500 kiloqramdan 1 tona qədər bir miqdarda karbon qazının yayılmasını önləyir. Yəni velosiped istifadə etmək sağlamlığımıza faydlı olduğu kimi, eyni zamanda təbiəti də qoruyur.

7.Şəhəri yenidən kəşf edəcəksiniz.

Velosipedin üzərindəykən şəhəri daha fərqli bir gözlə kəşf etmək mümkündür. Dar küçələrə girərək hər yeri daha yaxından araşdıra bilər, avtomobil istifadə edərkən diqqət etmədiyiniz bir çox detalı fərq edə bilərsiniz. Beləliklə şəhərin zənginliklərinə bir daha heyran qalacaqsınız.

8.Daha təhlükəsiz yol gedəcəksiniz

Velosipedlə avtomobillərin arasından asanlıqla keçəbilərək yolda digər nəqliyyat vasitələrinə görə daha risksiz səfər etməniz mümkün. Digər maşınlara görə 8 qat daha etibarlı olduğu bilinir. Buna görə velosiped istifadə edən adam sayının artması yol qəzalarının nisbətini də azaldır.

9.Daha sağlam olacaqsan.

Velosiped sayəsində daha çox məşq edəcək, daha çox oksigen alacaqsınız. Üstəlik tıxaclarda vaxt itirmədiyiniz üçün əsəbləriniz pozulmayacaq. Və əlbəttə bütün bunların tək bir mənası var; ümumi sağlamlığınız velosiped sayəsində çox daha yaxşı bir hala gələcək!

10.Gələcəyin nəqliyyat vasitəsini istifadə edənlərin qabaqcılı olacaqsan.

Yalnız insan gücüylə yol almamızı təmin edən velosiped, həm artan maşın sayının qarşısını almaq, həm də ətraf çirkliliyinə maneə törətmək yolunda ümid verən bir vasitədir. Bu xüsusiyyətləri ilə velosiped gələcəyin nəqliyyat vasitəsi olma yolunda irəliləyir. Siz də velosipedi bir nəqliyyat vasitəsi olaraq istifadə edərək, bu axını yayan bir qabaqcıl ola bilərsiniz.