(+994 70) 312-95-49

(+994 70) 547-87-55

(+994 50) 669-57-87

Facebook Twitter Twitter

Xəbərlər

Qaydalara əməl etmək mütləqdir.

Velosiped sürərkən qaydaları riayyət edin.
1.Həmişə dəbilqədən istifadə edin. Bu sizi olabiləcək baş zədələnmələrindən qoruyacaq. Dəbilqə olduqca rahat və standartlara uyğun olmalıdır. 
2.Pedallama zamanı qoruyucu eynək və xüsusi velogeyimlərdən istifadə etmək tövsiyyə olunur.
3. Heç zaman pedallama zamanı qulaqcıqlardan istifadə etməyin bu sizin diqqətinizin yayınmasına səbəb olub təhlükəli qəzalara səbəb ola bilər.
4. Siz yol hərəkərində bir nəqliyat vasitəsi idarə etdiyinizə görə bütün yol hərəkəti qaydalarına (işıqforun tələblərinə,yol nişanlarına) riayyət etməli hərəkət istiqamətiylə bir istiqamətdə pedallamalısınız.
5. Hər zaman sürətinizi tənzimləyin. Sürət tənzimlənməsi yol hərəkətinin vəziyyətinə və velosipedçinin təcrübəsinə əsasən seçilməlidir.
6. Hərəkət zamanı sag və sola dönmə dayanma siqnallarını əliniz ilə verməlisiniz.(dönmə etdiyiniz zaman hərəkət istiqamətinizə uyğun olaraq sağ və ya sol əlinizi düz formada uzatmalısınız,dayanma zamanı isə əlizi yuxarı qaldırmalısınız) hərəkət zamanı hər zaman hərəkət istiqamətinin sagı ilə hərəkət etməlisiniz.
7. Hərəkət zaman çox diqqətli olmalı qarşıdakı kanalızasiyon qapaqları,çalaları vı digər maneələri görərkən 90°dərəcəli bucağ altında hərəkət edərək maneələri aşmalı və ya əgər yolun təhlükəsizliyindən tam əmin deyilsinizsə velosipeddən düşüb keçməyiniz məsləhət görülür. 
8. Maşın yolu ilə hərəkət zamanı isə dahada diqqətli olmalısınız. Unutmayınkı yolda velosipedçi maşınların arasında seçmək çətin olur. Xüsusi işıqlardan siqnallardan və xüsusi işıq əks edən geyimlərdən istifadə etməli həmçinin velosipediniz hər vəziyyətdə dayandırmağı bacarmağ lazımdır.
9. Hər zaman etrafınızdakı obyektlərlə aranızdakı məsafəni qorumalısınız .
10.Velosiped idarə edərkən əlinizi sükandan çəkmək məsləhət görülmür.(velosipedinizin qripislərinin həmişə yaxşı vəziyyətdə olmağına nəzarət edinki mümkün əl sürüşmələri və qəzalardan uzaq olun) 
11.Sükanda sallanan əşyalar daşımaq qətiyyən qadağındır. Belə ki bələ əşyaların istifadəsi zamanı onlar sürüşüb spislərə ilişə və qəza şəraiti yarada bilər. 
12. Qrup şəklində hərəkət zamanı bir sıra ilə hərəkət etməlisiniz. 
13.Hərəkinizə təsir göstərə biləcək dərman qəbulundan sonra velosiped sürməyiniz məsləhət görülmür.