Şirkət haqqında

1998-ci ildə Sumqayıtda fəaliyyətə başlamış Cempion Velosiped Mağazası fəaliyyətə başladığı gündən bu yana bir çox velosiped brendinin satışını həyata keçirmişdir. “Corratec”, “Kross”, “Merida”, “Giant”, “Stels“, “Start“, “Aurus“, “Trek“, “Mercury““Cube“ kimi brendləri ölkəmizdə ilk dəfə satışını icra etmişdir. Şirkətimiz ölkənin müxtəlif bölgələrində öz mağazalar şəbəkəsini yaratmaqla yanaşı, geniş diler şəbəkəsi də yaradır. Beləliklə, şirkətimiz hər alıcılıq qabiliyyətinə uyğun məhsul və qiymət seçimlərindən tutmuş texnikaya, velosipedlərdəki son yeniliklərə qədər bütün velosiped istifadəçilərini cəlb edən geniş çeşiddə velosipedlər ilə hər cür məlumatı əldə edə biləcəyiniz bir mərkəzə çevrilmişdir.

Çempion Mağazası qurulduğu gündən bəri davamlı böyümə və inkişaf nümayiş etdirdi. Velosiped idmanı sağlamlığı, səyahəti, ekoloji və sosial həyatı qəbul edənlərin görüşmə nöqtəsidir. Şirkətimiz Velosiped idmanını dəstəkləmək,sağlam həyatı dəstəkləmək, velosipeddən istifadəni artıran şəhər layihələri hazırlamaq və velosipedləri tanıtmaq üçün daimi olaraq çalışır.

Şirkətimiz keyfiyyətli velosipedlərlə yanaşı keyfiyyətli aksesuarların da ən sərfəli qiymətlərlə müvafiq auditoriyaya çatmasını təmin edir.

Azərbaycanda son zamanlar velosipedlərin keyfiyyətinə əhəmiyyət verməyən “ucuz velosiped” siyasəti velosipedin inkişafına çox mənfi təsir göstərib. Bunun üçün Velosiped idmanını sevənləri ucuz velosipedlə qısa müddətli davamlı olmayan tez-tez sıradan çıxan və standartlara ümumiyyətlə uyğun gəlməyən, sağlamlığa təhlükə yaradan eyni zamanda artıq xərc tələb edən velosipedlər barədə düzgün seçim etməyə çağırırıq.

Şirkətimiz həm də sağlam ətraf mühitin yaradılması və sağlamlıq inkişafı haqqında məlumatlılığın artırılması üçün çalışır. Şirkətimiz bəzi Avropa ölkələrində olduğu kimi Azərbaycanda da velosipeddən istifadəni genişləndirməyi və səyahətlərin yarısını velosipedlə etməyi hər bir vətəndaşa tövsiyyə edir.

Hörmətlə
Velo.az